Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hava şəraiti kəskin dəyişəcək, Bakıya qar yağacaq

Hava şəraiti kəskin dəyişəcək, Bakıya qar yağacaq

Date: 29 December 2015 13:31

Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək.

Tags:  Hava şəraiti kəskin dəyişəcək Bakıya qar yağacaq

RƏYLƏR


Top news