Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​İsrailin keçmiş baş naziri 1,5 il müddətinə azadlıqdan məhrum edilib

​İsrailin keçmiş baş naziri 1,5 il müddətinə azadlıqdan məhrum edilib

Date: 29 December 2015 13:32

Bakı. 29 dekabr. REPORT.AZ/ İsrailin keçmiş baş naziri Ehud Olmert 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Xəbərdə bildirilib ki, yəhudi hökumətinin keçmiş başçısı iri məbləğdə korrupsiya qalmaqalında iştirak etdiyi üçün cəzalandırılıb.
Ehud Olmert Qüdsün meri olarakən, külli miqdarda rüşvət aldığı üçün 2014-cü ildə Təl-Əviv Dairə məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi və 280 min dollar məbləğində cərimə ödəməsi haqda qərar çıxarmışdı.
Ölkənin Ali Məhkəməsi bu hökmün icrasını müddətsiz olaraq dayandırmışdı.
Qeyd edək ki, Ehud Olmert barəsində cinayət işi açıldığı üçün tutduğu vəzifədən istefa verməyə məcbur olmuş ilk baş nazirdir. 

Tags:  İsrailin keçmiş baş naziri il müddətinə azadlıqdan məhrum edilib

RƏYLƏR


Top news