Boks üzrə Azərbaycan çempionatı davam edir

13:33 29 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC 
Azərbaycan Boks Federasiyasının boks mərkəzində böyüklər arasında Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 200-dən çox idmançının mübarizə apardığı yarışın beşinci günündə 10 çəki dərəcəsində yarımfinal döyüşləri keçirilir.
Birincilikdə “Neftçi”, “Qızıl əlcək”, “Rabitəçi”, “Sərhədçi”, “Gömrükçü”, DİN İdman Cəmiyyəti, “Zenit”, “Lokomotiv” ilə yanaşı regionların təmsilçiləri iştirak edirlər.
Yarışların baş hakimi Fuad Aslanov, supervayzeri isə Rövşən Hüseynovdur.
Çempionat dekabrın 30-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Azerbaycan_chempionati_davam_edir-915245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR