Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ​sığorta bazarının 56%-i beş şirkətin payına düşür

Azərbaycandakı sığorta aktivləri ötən il 2% artıb (07 Mart 2017 13:47)
Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb (03 Mart 2017 15:38)
Azərbaycanda icbarı avtosığorta bazarı 19% azalıb (03 Mart 2017 15:12)

Tarix: 29 Dekabr 2015 13:37

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, şirkət 11 ayda 59,7 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşan “Paşa Həyat Sığorta”nın yığımları 50,9 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 40,8 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi “Azərsığorta” (38,2 mln. manat) və “Atəşgah Həyat Sığorta” (35 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 225 mln. manat) düşür.
Ən az sığorta haqqı toplayan isə “Başak İnam” (961 min manat), “Amrah Sığorta” (818 min manat), “Azərqarant” (221 min manat), “Çartis Azərbaycan” (62 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin toplam göstəricisi təxminən 2,1 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.
Ümumilikdə, 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 50 mln. manatdan çox, 1-də 40 mln. manatdan çox, 3 şirkətdə 30 mln. manatdan çox, 5 şirkətdə 10 mln. manatdan çox, 5 şirkətdə 5-10 mln. manat, 5 şirkətdə 1-5 mln. manat, 2 şirkətdə 0,5-1 mln. manat, 4 şirkətdə isə 500 min manatdan aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.
Təhlil olunan dövrdə sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “Paşa Sığorta” şirkəti (27,4 mln. manat) qərarlaşıb. Sonrakı yerləri “Qala Həyat Sığorta” (17 mln. manat), “Atəşgah Sığorta” (14,4 mln. manat), “Atəşgah Həyat Sığorta” (12,8 mln. manat) və “Azərsığorta” (11,6 mln. manat) şirkətləri tutub. Nəticədə, məcmu ödənişlərin 53%-i məhz bu beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 83 mln. manat) düşür.
Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (183 min manat), “Günay Sığorta” (82 min manat), “Çartis Azərbaycan” (53 min manat) və “Azərqarant” (2 min manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 356 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.
Ümumilikdə, 27 sığorta şirkətindən 1-də ödənişlərin məbləği 20 mln. manatdan çox, 5-də 10 mln. manatdan çox, 4-də 5 mln. manatdan çox, 10-da 1-5 mln. manat, 3 şirkətdə 0,5-1 mln. manat, 1 şirkətdə 0.1-0,5 mln. manat, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

Teqlər:  Azərbaycanda sığorta bazarının 56-i beş şirkətin payına düşür



RƏYLƏR


Top xəbərlər