Bakı Olimpiya Stadionuna sertifikat verilib

Bakı Olimpiya Stadionuna sertifikat verilib
13:37 29 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionuna Avropa Təhlükəsizlik və Stadionların İdarə olunması Assosiasiyası (ESSMA) tərəfindən sertifikat verilib. "Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. 
ESSMA Avropada və qitənin hüdudlarından kənarda UEFA ilə birgə 150-dən artıq idman obyektinin idarəçiliyini biraraya gətirən qeyri-kommersiya təşkilatıdır. 1996-cı ildə təsis olunmuş assosiasiya Kommerzbank Arena, Türk Telekom Arena, Uembli, Kamp Nou, Santyaqo Bernabeu və s. stadionları sertifikatlaşdırıb. Təşkilatın nəzarəti altında stadionların idarə olunması ilə bağlı ixtisaslaşmış tədbirlər keçirilir və azarkeşlərin təhlükəsizliyi təmin edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/baki-olimpiya-stadionuna-sertifikat-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR