Səməd Seydov: “Diplomatlar da qənaətcil olmalıdır”

13:42 29 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətini mütəmadi olaraq nəzərdən keçirilməlidir: “Bununla da hansı diplomatın yaxşı və ya pis işləməsi məlum olar. Onu da qeyd edim ki, hər diplomatı sərəncama çıxan kimi işə götürmək olmaz. İlk olaraq onun fəailiyyətinə baxmaq lazımdır”.
Deputat Siyavuş Novruzov isə təklif edib ki, hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qaytarılmalıdır: “O, bir-iki il burada işləməlidir, lazım olsa, yenidən başqa ölkələrə göndərilə bilər. Həmçinin, diplomatlarımız hansısa ölkəyə getməzdən əvvəl, həmin ölkəni öyrənməlidir. Səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Bundan başqa, belə bir yanaşma var ki, deputat ola bilməyən və vəzifədən çıxarılan deyir ki, məni səfir kimi başqa ölkəyə göndərin. Təbii ki, bu düzgün deyil”.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/semed-seydov-diplomatlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR