"Filmdəki o səhnədən heç utanmadım" - FOTO

"Filmdəki o səhnədən heç utanmadım" - FOTO
13:42 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Aktyor Çağatay Ulusoy karyerası, şəxsi həyatı və qadınlar haqda danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Delibal" filmində Leyla Lidia ilə öpüşmə səhnələrindən danışan aktyor bunun film üçün vacib olduğunu deyib:

"Öpüşmə səhnələrində utandım" açıqlaması mənim bir neçə il əvvəlki müsahibəmdəndir. Bu filmdə şişirdiləcək bir şey yoxdur, ailəliklə oturub izləyə bilərsiniz".

O, filmdə Sezen Aksunun xüsusi olaraq yazdığı mahnını oxumağın ayrı zövq olduğunu bildirib. Səhnələrdən birində çılpaq görünən Çağatay ssenariyə görə o səhnənin mühümlüyünü başa salıb:

"O səhnədə utanmadım, həqiqətən də çılpaq idim. Qəhrəmanımın psixoloji problemlərini belə daha yaxşı təsvir edə bilərdik".

Ç.Ulusoy qadınların onun seksual olması haqda düşüncələrinə münasibət bildirib:

"İndiyə qədər kimsə mənə yaxınlaşıb "salam, çox seksualsınız" deməyib. Çox vaxt "ailənin uşağı" deyirlər. Məni daha əvvəldən tanıyırmış kimi davranırlar. Canlandırdığım obrazlar hamısı çox mədəni oğlanlar idi. Ona görə özlərinə yaxın hiss edirlər".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR