Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakcell Ulduzum abunəçiləri üçün “Park Cinema”da hər ikinci bileti pulsuz təklif edir

Bakcell Ulduzum abunəçiləri üçün “Park Cinema”da  hər ikinci bileti pulsuz təklif edir

Date: 29 December 2015 13:48

Bakı. Trend:

Bakcell Ulduzum abunəçiləri üçün “Park Cinema”da hər ikinci bileti pulsuz təklif edir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum abunəçiləri üçün “Park Cinema” kassalarında 1 bilet alın və hər ikinci bileti pulsuz əldə edin” adlı yeni kampaniyaya start verildiyini böyük məmnuniyyətlə elan edir.

Bakcell abunəçiləri Ulduzumla “Park Cinema” kassalarından və yaxud saytından (onlayn) 1 bilet alıb və hər ikinci bileti pulsuz əldə edərək istədikləri filmi istənilən adamla izləyə bilərlər. Biletləri yalnız hər həftənin cümə axşamı günü almaq olar.

Abunəçilər öz Bakcell nömrələrindən “1” yazıb “5555” qısa nömrəsinə SMS göndərərək “Ulduzum” proqramına qoşula bilərlər.

“Ulduzum” proqramından faydalanmaq üçün abunəçilər *5555#YES yığmalı və ya “*” yazaraq 5555-ə SMS göndərməli və 4 rəqəmli şifrəni əldə etməlidirlər. SMS-in qiyməti 3 qəpikdir. Abunəçilər hər həftənin cümə axşamı günü “Park Cinema”da nümayiş olunan istənilən filmi izləmək üçün 4 rəqəmli şifrəni təqdim etdikdə hər ikinci bileti pulsuz əldə edəcəklər.
Daha ətraflı məlumat əldə etmək üçün 770 yazıb 5555-ə pulsuz SMS göndərin.

Kampaniya Metroparkda “Ailə tarifi” ilə bilet əldə edərkən və VİP zallar üçün keçərli deyil.

1.7 milyon nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil applikasiya vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakcell Ulduzum abunəçiləri Park Cinemada hər ikinci bileti pulsuz təklif edir


RƏYLƏR


Top news