Müharibə gələn il də davam edəcək

Müharibə gələn il də davam edəcək
13:51 29 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

“2016-cı ildə Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşməkdə davam edəcək.Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlara cəhd edəcək və İraqın şimalında öz təsirini genişləndirəcək.Rəsmi Ankara təsirini yalnız İŞİD-i hədəf almaq üçün deyil, həm də Suriya kürdlərinin regiondakı dirçəlişinin qarşısını almaq üçün artıracaq”.

ANS PRESS-in məlumatına görə, bu barədə proqnozları ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” verib.

Mərkəzin məlumatında bildirilir ki, növbəti il həm də İran və Türkiyə arasında qarşıdurma riskinin artacağı ehtimal edilir. “Həmçinin Rusiya Suriya münaqişəsində rolunu daha da artıracaq”.

Bu il Yaxın Şərqdə münaqişələrin miqyası daha da genişləndi. ABŞ, İngiltərə, Fransa, və Rusiya Suriya ərazisini dayanmadan qırıcı təyyarələrə bombalayır.


Müttəfiq dövlətlərin aviazərbələrinin nəticələri


Almaniya, Kanada, Niderland, Belçika və İran da Suriya ərazisində əməliyyatlar həyata keçirir. Məlumata görə, Çin də terrorizmlə mübarizəyə hazırlaşdığını, Suriyanı bombalamaq niyyətini açıqlayıb.

Bölgəyə 16 hərbi təyyarə göndərən İngiltərə Cənubi Kiprdəki bazasında istifadə edir. Həmçinin bu il Portuqaliya, Danimarka və İspaniya da Suriyanın bombalanmasında iştirak etməyə başladı.


Münaqisələrin baş verdiyi regionlar


Almaniya İŞİD-lə mübarizə üçün 1200 əsgər, 6 tornado reaktiv atəş sistemi göndərib. Fransaya məxsus “Şarl De Qoll” təyyarə gəmisi isə artıq Aralıq dənizdən əməliyyatlara başlayıb.

Rusiyanın Aralıq danizində 13 hərbi gəmisi var. Bundan başqa Rusiya Suriyada 4 humanitar, 9 köməkçi gəmi saxlayır. Yaxın Şərqdəki hərbi texnikanın artırılması Türkiyənin Rusiya qırıcısını vurmasından sonra daha da intensivləşdi. “Stratfor”un proqnozlarından belə başa düşülür ki, Yaxın Şərqdə bu il yaşanan gərginliklər növbəti ildə davam edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR