Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə Rusiyanı qarayaxma kampaniyası aparmaqda ittiham edib

Türkiyə Rusiyanı qarayaxma kampaniyası aparmaqda ittiham edib

Date: 29 December 2015 13:54

“Türkiyənin “Krım Tatar Batalyonu, Noman Çelebicihan Batalyonu” kimi könüllü birliklərə dəstək verməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

 

“Bu əsassız iddialarla yanaşı, Moskvanın “Rusiya bir daha arxadan vuruldu” tipli açıqlamaları son dövrlərdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının davamıdır”, - deyə o vurğulayıb.

 

T. Bilgiç həmçinin Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqını tanımadıqlarını da diqqətə çatdırıb: “Türkiyə Krım tatarlarının haqq və azadlıqlarının qorunması istiqamətindəki cəhdlərini davam etdirəcək”.

 


Tags:  Türkiyə Rusiyanı qarayaxma kampaniyası aparmaqda ittiham edib

RƏYLƏR


Top news