“Qızıl pəri” mükafatının qalibləri məlum olub

“Qızıl pəri” mükafatının qalibləri məlum olub
14:03 29 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
“Qızıl pəri” mükafatının qalibləri məlum olub. Qaliblər 15-dən çox nominasiya üzrə mükafata layiq görülüb.
Mükafatın təşkilat komitəsindən AZƏRTAC-a bildirilib ki, ilk müsabiqə cari ildə, 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilib. Qalibləri peşəkarlardan ibarət münsiflər heyəti müəyyənləşdirib. Qaliblərin elan olunması və mükafatların təqdimat mərasimi dünya kinosunun 120 illiyi ilə əlaqədar olaraq dekabrın 28-də keçirilib.
Münsiflər heyətinin seçiminə əsasən “Nabat” ən yaxşı bədii film, Elxan Cəfərov ən yaxşı rejissor işi, Müşfiq Hətəmov ən yaxşı prodüser, Yavər Pzayev ən yaxşı orijinal ssenari, Nadir Mehdiyev ən yaxşı operator işi, Rafiz İsmayılov ən yaxşı rəssam işi, Cavanşir Quliyev ən yaxşı orijinal musiqi, Gülzar Qurbanova ən yaxşı qadın rolunun ifası, Fuad Poladov və Namiq Ağayev ən yaxşı kişi rolunun ifası, “Axınla aşağı” ən yaxşı debüt filmi (tammetrajlı), “Zabit şərəfi” ən yaxşı qısametrajlı bədii filmi, “Əriyən ada” ən yaxşı sənədli film, Nizami Abbas ən yaxşı rejissor işi (sənədli filmdə), “Köhnə saat” ən yaxşı cizgi filmi, “Unudulmuş qəhrəman” ən yaxşı TV filmi, “Pərvanələrin rəqsi” ən yaxşı TV serial və “Usta Yusifin kamançası” ən yaxşı debüt seçilərək “Qızıl pəri” mükafatına layiq görülüb.
“Milli kinonun inkişafına verdiyi töhfələrə görə” Zaur Məhərrəmova və “Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə” Ramiz Həsənoğluya mükafat təqdim edilib.
Münsiflər heyətinin qərarı ilə “Buqələmun” filminin prodüseri İradə Bağırzadə müstəqil kinonun inkişafında fəaliyyətinə görə, Gəncənin “Kəpəz” televiziyasının “Difai” filmi isə tarixin qaranlıq məqamlarının aşkarlanmasına görə xüsusi diploma layiq görülüblər.
Qeyd edək ki, mükafat Professional Kinorejissorlar Gildiyası tərəfindən aktyorlar və prodüserlər gildiyalarının dəstəyi ilə audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədilə təsis edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qizil_peri_mukafatinin_qalibleri_melum_olub-915263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR