​Türkiyə prezidenti zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

​Türkiyə prezidenti zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb
14:07 29 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ "Suriyadakı son hadisələrin inkişafı fonunda terrorçu PKK-nın ölkəmizə qarşı iştahasının artdığını görürük. Təhlükəsizlik qüvvələrimiz son dərəcə uğurlu əməliyyat həyata keçirir. Türkiyə daxilində və xaricində zərərsizləşdirilən terrorçuların sayı 3 mindən çoxdur".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər öncəsi Ankarada Atatürk Hava limanında jurnalistlərə açıqlamasınıda bildirib.
O, ölkədə terror tamamən yox olana, onları fəaliyyət göstərdikləri bölgəyə rifah gələnədək antiteror əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfərə yollanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-prezidenti-zerersizlesdirilen-terrorcularin-sayini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR