Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 89 mənzil verildi

14:08 29 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Onların ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıqla söz açıblar. Onlar bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunmalarına, habelə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilmələrinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mənzillərin təqdim olunması zamanı müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, onlara yönələn dövlət qayğısının daim artırıldığı qeyd olunub. Bildirilib ki, həmin insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə aparılan işlərin davamı kimi, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib. Əlil və şəhid ailələrinə təqdim edilən bütün mənzillərdə normal yaşayış üçün hər bir şərait yaradılıb.

Vurğulanıb ki, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli sərəncam imzalanması müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatına diqqət və qayğının növbəti ifadəsidir. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

Hazırda respublikamızın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05

Məşhur müğənni intihar edib -

20 İyul 2017 23:55

Bronxoektatik formalı pnevmoniya

20 İyul 2017 23:52

Məşhur müğənni özünü asdı - FOTO

20 İyul 2017 23:48

Rəşad Sadıqov: "Zirə" son vuruşlarda dəqiq olsaydı, bəlkə də mərhələ adlayardı"

20 İyul 2017 23:47

Ayxan Abbasov: "Özümə söz vermişəm ki..."

20 İyul 2017 23:47

Əməlimiz harada ləngiyir ki, kamala aparmır?

20 İyul 2017 23:47

Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - MAŞINI HANSI PULLA ALIB?

20 İyul 2017 23:42

Plevritin əmələ gəlmə səbəbləri

20 İyul 2017 23:42

Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO - FOTO

20 İyul 2017 23:37

"Astra"nın baş məşqçisi: "Zirə"nin futbolçuları simulyasiya edirdil"

20 İyul 2017 23:37

"10 ildə yığdığım bir gündə yandı" - Bərdə bazarında güclü yanğın - VİDEO - FOTO

20 İyul 2017 23:37

Bakının "İnter" klubu Avropa Liqası ilə vidalaşıb

20 İyul 2017 23:32

19 yaşlı Kayli erotik fotosessiyada - FOTO

20 İyul 2017 23:32

ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq -

20 İyul 2017 23:30

Gəncədə DƏHŞƏTLİ QƏZA: Ana öldü, 4 aylıq körpəsi...

20 İyul 2017 23:28

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

20 İyul 2017 23:27

“Hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər” – Yordanesku

20 İyul 2017 23:27

"İnter" Avropa Liqasında mübarizəni dayandırdı

20 İyul 2017 23:24

Canavarı boğub öldürən 61 yaşlı Rəcəb kişi danışdı - VİDEO

20 İyul 2017 23:22

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur?

20 İyul 2017 23:22

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu

20 İyul 2017 23:22

Bu qəzet 4 ildən bir çıxır

20 İyul 2017 23:22

Elm öyrənməyin savabı niyə bu qədər çoxdur?

20 İyul 2017 23:17

Uşağın iştahası pis olarsa...

20 İyul 2017 23:12

“Mercedes” ananı öldürdü, körpəsini yaraladı

20 İyul 2017 23:09

Tovuz rayon sakini balıq tutan zaman qayadan yıxılaraq ağır xəsarət alıb

20 İyul 2017 23:07

"Linkin Park"ın lideri intihar etdi - FOTO

20 İyul 2017 23:05

İnstagram-da yeni dəb: "Baxın, kökəldim" - FOTO

20 İyul 2017 23:05

"Zirə" Avropa Liqası ilə vidalaşdı -

20 İyul 2017 23:05

"Zirə" komandası Avropa Liqasında mübarizəni dayandırıb

20 İyul 2017 23:02

ABŞ Qarabağdakı "seçkiləri" tanımır

20 İyul 2017 22:59

ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq

20 İyul 2017 22:58

Moskvada mənzildə 80-ə yaxın partlayıcı qurğu tapılıb

20 İyul 2017 22:52

Bronxial astmanın müxtəlif növləri

20 İyul 2017 22:52

Gəncədə ana və balanı maşın vurub, ana ölüb

20 İyul 2017 22:52

Tovuzlu balıq tutanda qayadan yıxıldı

20 İyul 2017 22:52

Mənzildən çoxlu sayda partlayıcı qurğu tapıldı

20 İyul 2017 22:49

Dövlətin bu dəstəyi medianı daha da gücləndirəcək - Baş redaktorlar

20 İyul 2017 22:48