“Naxçıvan” komandası basketbol üzrə muxtar respublika çempionatının qalibi olub

“Naxçıvan” komandası basketbol üzrə muxtar respublika çempionatının qalibi olub
14:13 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 29 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kişilər arasında basketbol üzrə muxtar respublika çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan çempionatın final qarşılaşmasında “Naxçıvan” və “Ordubad” komandaları üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Naxçıvan” komandasının qələbəsi ilə yekunlaşıb – 87:50. “Culfa” komandası isə çempionatı üçüncü pillədə başa vurub.
Sonda hər üç komandaya Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın kubok və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd muxtar respublikada basketbol idman növünü daha geniş inkişaf etdirmək və basketbol üzrə yığma komandanı müəyyənləşdirib Azərbaycan çempionatında iştirakına nail olmaq idi.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_komandasi_basketbol_uzre_muxtar_respublika_chempionatinin_qalibi_olub-915267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR