Badamdarın içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

14:23 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində, dekabrın 29-da layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə çıxış edən ASC-nin departament rəisi İlqar Tağıyev Prezident İlham Əliyevin ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını daim diqqətdə saxladığını xatırladaraq qeyd edib ki, hazırda respublikanın şəhər və rayon mərkəzində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, Badamdar qəsəbəsində də yeni layihənin icrasına başlanılıb.

Səudiyyə İnkişaf Fondunun layihə rəhbəri Məhəmməd Al Dallam Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirib və qeyd edib ki, fond Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin maliyyələşdiriləməsində yaxından iştirak edir. Yaxın vaxtlarda Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə tikinti-quraşdırma işlərinə də başlanılacaq.

Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” su anbarının imkanlarından istifadə olunacaq. Bu məqsədlə həmin anbardan götürülən suyun Badamdar qəsəbəsindəki “Badamdar” su anbarına çatdırılması üçün 1000 mm diametrli polad borularla magistral su xətti çəkiləcək. Eyni zamanda “Alatava” su anbarındakı mövcud nasos stansiyasında və “Badamdar” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

Layihəyə əsasən, qəsəbə ərazisində 57,5 km uzunluğunda içməli su, 61,6 km uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi, ev birləşmələrinin verilməsi, abonentlərin smart sayğaclarla təmin olunması, qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub.

Gələcəkdə qəsəbədə yaranacaq tullantı suları Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək və sutkalıq məhsuldarlığı 300 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondu arasında “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişi 20 noyabr 2009-cu ildə imzalanıb və sənəd 2010-cu ilin aprel ayında təsdiq edilib. Sazişə əsasən, ümumi dəyəri 63 milyon dollar olan layihəyə Səudiyyə İnkişaf Fondu 25 milyon dollar ayıracaq, qalan 38 milyon dollarlıq hissə isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, Badamdar qəsəbəsinin mövcud içməli su təchizatı və kanalizasiya şəbəkələrinin böyük hissəsi sakinlər tərəfindən fərdi qaydada yaradılıb. Qəsəbə sakinləri mövsümdən asılı olaraq 2-8 saatlıq rejimlə su alır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

“Qarabağ” tarixi oyuna çıxır

23 Avqust 2017 21:30

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57

Azərbaycan FHN Gürcüstanda yanğınsöndürmə əməliyyatlarını davam etdirir

23 Avqust 2017 18:56

Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqqı artırılıb

23 Avqust 2017 18:52

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

23 Avqust 2017 18:42

FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

23 Avqust 2017 18:34

Dənizdə batan əcnəbi xilas edildi

23 Avqust 2017 18:33

Ali məktəblərin nəzdində hazırlıq qruplarının yaradılması ilə bağlı layihə hazırlanıb

23 Avqust 2017 18:32

Nazirlik: Bakı və Abşeronda müşahidə olunan tozun miqdarı 52 faizi keçib

23 Avqust 2017 18:27

İkimərtəbəli mağaza yandı

23 Avqust 2017 18:23

"ASAN xidmət"in işçilərinin sayı artırılıb

23 Avqust 2017 18:17

Ali məktəbə qəbulda test imtahanı ləğv edilir?

23 Avqust 2017 18:17

Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edildi

23 Avqust 2017 18:14

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

23 Avqust 2017 18:08

28 ryonun içməli su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

23 Avqust 2017 18:04

Nazirlər Kabinetində sahibsiz heyvanlarla mübarizəyə və görüləcək profilaktik tədbirlərə dair müşavirə keçirilib

23 Avqust 2017 18:02

Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib

23 Avqust 2017 18:02

Merkel NATO nizamnaməsini RƏDD ETDİ

23 Avqust 2017 17:58