Dünya şöhrətli aktyor mərhum dostunun son hədiyyəsini satdı (FOTO)

Dünya şöhrətli aktyor mərhum dostunun son hədiyyəsini satdı (FOTO)
14:26 29 Dekabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur Hollivud ulduzu Silvestr Stallone əfsanəvi boksçu Məhəmməd Əlinin əlcəklərini satıb.

ANS PRESS-in məlumatına görə, aktyorun satılan əşyaları arasında “Formula-1” üzrə üçqat dünya çempionu Ayrton Sennanın dəbilqəsi də var.

Pilotun dəbilqəsi hərracda 44 min, boksun kralı hesab olunan Məhəmməd Əlinin əlcəkləri isə 47.5 min dollara satılıb.


Məhəmməd Əli - əfsanəvi boksçu


Ən yüksək qiymətə satılan əşya isə Silvestr Stallonenin “Rokki” filmində geyindiyi dəri gödəkçə olub. Gödəkçə 149 min dollara satılıb. Aktyor hətta onun kinodakı rəqibi İvan Draqonun gödəkçəsini də satıb.

“Bu əşyalar 40 il ərzində mənim həyatımın bir hissəsi olub. Hər biri ilə bağlı mənim unudulmaz xatirələrim var. Lakin elə bir an gəlir ki, sən başa düşürsən ki, bu əşyaları çox istifadə etmisən və artıq xatirələrin kifayət qədər çoxdur ki, bu əşyaları kiməsə verəsən”.


Ayrton Senna - "Formula 1" üzrə 3 qat dünya çempionu


Məhəmməd Əli 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu olub. Senna isə 1988,1990,1991-ci ildə dünya çempionu olub. O, 1994-cü ildə San Marino Qran Prisində qəza törədək dünyasını dəyişib. Pilot dəbilgəsini ölümündən 2 həftə əvvəl Silvestr Stalonneyə hədiyyə edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR