AZAL aşağı büdcəli reyslərə aviabiletlərin qiymətini endirib

AZAL aşağı büdcəli reyslərə aviabiletlərin qiymətini endirib
14:38 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
"Azərbaycan Hava Yolları" QSC Moskva ("Vnukovo" aeroportu), Dubay ("Əl-Məktum" aeroportu İstanbul ("Sabiha Gökçən" aeroportu) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirilməsini elan edir.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, 2016-ci il yanvarın 5-dən etibarən adı çəkilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.
Həmçinin, yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq aeroportunun birinci terminalından yerinə yetiriləcək.
Qeyd edək ki, aviaşirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabiletlərin qiymətlərinə yenidən baxır.
"Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcək. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo aeroportu) reysinə yeni aşağı büdcəli baqaj daxil olmayan Promo tarifi tətbiq edilib. Həmçinin, növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il "Azərbaycan Hava Yolları" bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək", – deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_asagi_budceli_reyslere_aviabiletlerin_qiymetini_endirib-915277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR