Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakı Olimpiya Stadionuna təhlükəsizlik sertifikatı verildi

Bakı Olimpiya Stadionuna təhlükəsizlik sertifikatı verildi

Date: 29 December 2015 14:42

Bakı Olimpiya Stadionuna Avropa Təhlükəsizlik və Stadionların İdarə olunması Assosiasiyası (ESSMA) tərəfindən sertifikat verilib.
 
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ESSMA Avropada və qitənin hüdudlarından kənarda UEFA ilə birlikdə 150-dən artıq idman obyektinin idarəçiliyini bir araya gətirən qeyri-kommersiya təşkilatıdır. 1996-cı ildə təsis olunmuş assosiasiya Kommerzbank Arena, Türk Telekom Arena, Uembli, Kamp-Nou, Santyaqo Bernabeu və s. stadionları sertifikatlaşdırıb.
 
Təşkilatın nəzarəti altında stadionların idarə olunması ilə bağlı ixtisaslaşmış tədbirlər keçirilir və azarkeşlərin təhlükəsizliyi təmin edilir.

Milli.Az


Tags:  Bakı Olimpiya Stadionuna təhlükəsizlik sertifikatı verildi

RƏYLƏR


Top news