Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

KİV haqqında qanuna dəyişiklik qəbul edildi

KİV haqqında qanuna dəyişiklik qəbul edildi

Date: 29 December 2015 14:43

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Trend-in məlumatına görə, qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının (Milli Televiziya və Radio Şurası) qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.

Qısa müzakirələrdən sonra dəyişiklik qəbul olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  KİV haqqında qanuna dəyişiklik qəbul edildi

RƏYLƏR


Top news