Baş Prokurorluğun əməkdaşları məcburi köçkünlərə bayram sovqatı paylayıblar

Baş Prokurorluğun əməkdaşları məcburi köçkünlərə bayram sovqatı paylayıblar
14:43 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 29 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində 28 min manat məbləğində ərzaq yardımı göstəriblər.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki “Meşəçilik institutu” ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə maraqlanıblar.
Görüşdə Baş Prokurorluğun şöbə rəisi Mürvət Həsənov Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının apardığı siyasət barədə məlumat verib.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər işğal edilmiş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyətini dəstəklədiklərini bildiriblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bas_Prokurorlugun_emekdaslari_mecburi_kochkunlere_bayram_sovqati_paylayiblar-915280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR