Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilib

“Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilib

Date: 29 December 2015 14:43


Bakı, 29 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclasında “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qanun layihəsi haqqında məlumat verib. O deyib ki, qanuna edilən dəyişikliklər “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, “Televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.

Tags:  Kütləvi informasiya vasitələri haqqında Qanunda dəyişiklik edilib


RƏYLƏR


Top news