Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik yardımların verilməsi başa çatıb

İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik yardımların verilməsi başa çatıb

SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib (07 Mart 2017 15:13)
SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə pul verdi - SİYAHI (07 Mart 2017 14:37)
SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə yardımlar edib (07 Mart 2017 14:32)

Tarix: 29 Dekabr 2015 14:44

 

Dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardımların ödənilməsi dekabrın 29-da başa çatıb. SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 000 manat məbləğindəki birdəfəlik maddi yardımlar Şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.  
 

Dövlət tərəfindən ayrılmış 15000 manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlanıb. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır. 

 


Teqlər:  İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik yardımların verilməsi başa çatıb



RƏYLƏR


Top xəbərlər