Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədə 3 maşın toqquşdu - FOTO

Gəncədə 3 maşın toqquşdu - FOTO

Date: 29 December 2015 14:57

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncənin Nizami prospektində zəncirvari qəza baş verib. Saat 14 radələrində 55 yaşlı şəhər sakini Hikmət Ağayev idarə etdiyi "VAZ 2106" ilə  şəhər istiqamətində hərəkətdə olarkən N.Nərimanov prospektindən Nizami prospektinə manevr edən Gədəbəy rayon sakini, 36 yaşlı Namiq Abbasov sürücüsü olduğu "VAZ 2105" ilə avtomobili arxadan vurub. "VAZ 2106" zərbənin təsirindən qarşıda yol kənarında dayanan Gəncə sakini 39 yaşlı Cavid Muxtarovun "VAZ 2107"nə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər 3 avtomobilə, xüsusiylə də "VAZ 2106"ya ziyan dəyib. Faktı Gəncə şəhər DYP Şöbəsi araşdırır.   

Milli.Az








Tags:  Gəncədə maşın toqquşdu FOTO

RƏYLƏR


Top news