İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsi başa çatıb

14:57 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün "Neft Daşları"ndakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 min  manat məbləğindəki birdəfəlik maddi yardımlar Şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.
Qeyd olunub ki, dövlət tərəfindən ayrılmış 15 min manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5 min manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlayıb. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-tkin-dusmus-neftcilerin-ailelerine-birdefelik-maddi-yardimlarin-verilmesi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR