İki general “Sınıq Körpü”də vəziyyətlə tanış olublar

İki general “Sınıq Körpü”də vəziyyətlə tanış olublar
14:59 29 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

 

 

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, sərhəd və gömrük xidmətlərinin rəhbərləri “Sınıq Körpü” buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin sərhəddə buraxılış vəziyyətini öyrənib, dövlət sərhədindən keçən şəxslər və yük avtomobillərinin sürücüləri ilə söhbətdə onların problemləri ilə maraqlanıblar.

 

Son zamanlar “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.

 

Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR