Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Televiziya və Radio Şurası telekanalları bağlaya biləcək

Milli Televiziya və Radio Şurası telekanalları bağlaya biləcək

Date: 29 December 2015 15:05

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Trend-in məlumatına görə, qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı, "Televiziya və radio yayımı haqqında" qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının (Milli Televiziya və Radio Şurası) qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur.

Qısa müzakirələrdən sonra dəyişiklik qəbul olunub.

Milli.Az


Tags:  Milli Televiziya Radio Şurası telekanalları bağlaya biləcək



RƏYLƏR


Top news