Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərsu": Su pulunun artırılması nəzərdə tutulmur

Date: 29 December 2015 15:07

A.Cəbrayıllı bildirib ki, bu gün şirkətin qarşısında duran əsas məsələ itkilərin minimallaşdırılmasıdır: “Gələn il üçün su və kanalizasiya xidmətlərinə görə ödənişlərin artırılması nəzərdə tutulmur. Su itkisinin aşağı salınması ilə bu məsələdə rentabelliyə çata bilərik. Ötən il şəbəkənin rayonlarda normal vəziyyətə salınması, yeni xətlərin quraşdırılması və digər işləri görməklə sözügedən problemlərin 15-20% həll edilməsinə nail olmuşuq. İşlərimizi əngəlləyən daha çox bu problemdir. Bakıətrafı kənd və qəsəbələrdə su itkisi daha çoxdur, çünki burada əhali öz hesabına 15-20 metrlik boru xətti çəkib. Belə yerlərdə qəza olanda axan su itkiyə gedir. Bu ərazilərdə şəbəkənin quraşdırılması su itkisini minimuma endirməyə kömək edəcək”.
Mətbuat katibi qeyd edib ki, “Azərsu”nun gələn il üçün nəzərdə tutduğu və artıq maliyyələşdirdiyi layihələrin həyata keçirilməsi davam etdiriləcək: “Devalvasiyanın baş verməsi ilə əlaqədar olaraq hələ ki, heç bir nəzərdə tutulan layihənin və ya tədbirin dayandırılmasını düşünmürük. Beynəlxalq maliyyə qurumları tərəfindən maliyyəşən layihələrə gəldikdə isə bunun üçün artıq vəsait ayrılıb və nəzərdə tutulan işləri bitirməyi planlaşdırırıq. Bu layihələrə devalvasiyanın təsiri çox cüzi ola bilər”.

Tags:  Azərsu Su pulunun artırılması nəzərdə tutulmur

RƏYLƏR


Top news