Pakistanda terror aktı nəticəsində 12 nəfər həlak olub

Pakistanda terror aktı nəticəsində 12 nəfər həlak olub
15:13 29 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Pakistanın Mardan şəhərindəki Qeydiyyat Agentliyində törədilən terror aktı nəticəsində 12 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Polis nümayəndəsi Sayed Vazir bildirib ki, terrorçu motosikletlə binanın həyətinə daxil olmaq istəyib, lakin qapıçı şübhələndiyindən onu içəri buraxmayıb. Bu zaman terrorçu motosikleti dəmir darvazaya çırpıb və partlayış baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_terror_akti_neticesinde_12_nefer_helak_olub-915292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR