Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan ABŞ-a qarşı sanksiyaları müzakirə etdi

Azərbaycan ABŞ-a qarşı sanksiyaları müzakirə etdi

Date: 29 December 2015 15:16

Milli Məclisin bu gün keçirilən plenar iclasında ABŞ əleyhinə qanun layihəsi müzakirə olunub.

ANS PRESS-in məlumatına görə, layihə müəllif millət vəkili Rövşən Rzayev tərəfindən elan edilib. Rövşən Rzayev Azərbaycana qarşı ikili standartlara bir etiraz məqsədi ilə hazırladığı qərar layihəsinin Milli Məclisin müvafiq komitələrində müzakirəyə çıxarılmasını xahiş edib.

Spiker Oqtay Əsədov qanun layihəsinin müvafiq komitələrdə müzakirə olunmasını tapşırıb. Həmçinin Oktay Əsədov layihənin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.


Oqtay Əsədov - Spiker


Millət vəkili Siyavuş Novruzov isə ABŞ və Azərbaycan arasında normal münasibətlərin olduğunu bildirib. “Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Amma təəssüflər olsun ki, bəzi siyasətçilər, KİV nümayəndələri Rövşən Rzayevin hazırladığı qərar layihəsindən sonra ABŞ-a qarşı mətbuatda hücuma keçiblər. Bu düzgün deyil”.

Spiker Oqtay Əsədov isə Siyavuş Novruzovun etirazına cavab verərək bildirib ki, Rövşən Rzayev nə parlamentdir, nə də Azərbaycan hökumətidir. “Millət vəkili öz təşəbbüsü ilə belə bir layihəylə çıxış edib. Onun belə bir layihə ilə çıxış etmək hüququ var”.


Siyavuş Novruzov - millət vəkili

Ötən gün isə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibəsi zamanı bildirib ki, ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit artıq erməni təəssübkeşi kimi çoxdan ad qazanıb.

“Onun irəli sürdüyü “təşəbbüs” bütövlükdə ABŞ-Azərbaycan əlaqələrini təhdid edir və birbaşa Azərbaycan dövlətinə və xalqına qarşı yönəlib. Eləcə də T.Yaqlandın Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı iddiaları heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir. Hesab edirik ki, K. Smitin “təşəbbüsü” ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından birinə çevriləcək”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən ABŞ-la ikitərəfli və bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıdır, ayrı-ayrı çağırışların bu əlaqələrə xələl gətirməsinə imkan verməməyə çalışır.

"Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç kəsin şübhəsi olmasın."-deyə Əli Həsənov əlavə edib.


Əli Həsənov-Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi


Bir müddət əvvəl gün əvvəl ABŞ-ın Helsinki Komissiyasının rәhbәri, konqresmen "Kristofer Smit Azərbaycana qarşı sanksiyalar layihəsi hazırlayıb. Layihədə insan haqlarının vəziyyəti ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.

Bu sanksiyalar layihəsi Azərbaycan cəmiyyəti tərəfində birmənalı qarşılanmadı. Konqresmenin layihəsinə qarşı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Smitin anti-Azərbaycan qətnaməsi hazırladı.


Rövşən Rzayev - millət vəkili


Millət vəkili Rövşən Rzayev hazırladığı layihədə isə Birləşmiş Ştatlarla ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması, İSAF çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakın dayandırılması, Birləşmiş Ştatların hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsinin qadağan olunması, Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanmasına çağırış edilir.

Həmçinin oxuyun: Azərbaycanı təkləyən qüvvələr

ABŞ Azərbaycana cavab verdi: "Heç bir ölkə mükəmməl deyil"

Tags:  Azərbaycan ABŞ-a qarşı sanksiyaları müzakirə etdi


RƏYLƏR


Top news