İŞİD-ın Roma və İstanbul arzusu

İŞİD-ın Roma və İstanbul arzusu
15:26 30 Dekabr 2014
102 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı İstanbul və Romanı "fəth etmək" istəyir. ANS PRESS-in məlumatına görə, İŞİD-ın təbliğatını aparan jurnalda terrorçuların son məqsdələri açıqlanıb.

Qanlı əməlləri ilə gündəmdən düşməyən İŞİD Suriya, İraq, Fələstin, İordaniya torpaqlarının daxil olduğu və Şəriətə əsaslanan dövlət qurmağı hədəfləyir. Jurnalda İstanbul haqqında bəzi məqamlar yer alıb.

2010-cu ildə Amerika hücumları nəticəsində həyatını itirən təşkilatın qanadlarından birinin məsul şəxsi olan Əbu Hamzə El-Muhacirin sözləri ön plana çıxarılıb. "Kölələşdirmə, atəşkəsin imzalanmasından öncə ya da xəyanətdən sonra olacaq. Ən doğrusunu Allah bilir. Bu hadisələr ən böyük və qanlı savaş olan əl Melhametul Kübraya zəmin yaradacaq. Bu savaş müsəlmanlar və romalılar arasında Dəccalın ortaya çıxması və Məsihin enişinən sonra olacaq. Savaşın sonunda müsəlmanlar İstanbula, sonra isə Romaya irəliləyəcəklər. Bu iki şəhər fəth ediləcək və buralarda xilafətin bayrağı yüksələcək".

Terrorçu təşkilat qərb ölkələrinə təhdidlər etməyi də unutmayıb. Belə ki, "Romanı tutacağıq, xaçınızı qıracaq, qadınlarınızı əsir alacağıq" deyə hədə-qorxu gələn təşkilat hücumlarından əsla əl çəkməyəcəklərini qeyd edib.

"Və sizlərə söz veririk. Allahın icazəsi ilə bu son səfəriniz olacaq. Əgər biz o zamana kimi qalmasaquşaqlarımız və nəvələrimiz sizin oğullarınızı kölə olaraq satacaq".





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR