Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanladı

Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanladı
15:23 29 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycanın dünyada söz sahibi olması dünyada yaşayan soydaşlarımızın qəlbini fərəh hissi ilə doldurur.

Qeyd olunur ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli dünya azərbaycanlılarının birgə səyindən asılıdır: "Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin inkişafına mane olan bu problemi aradan qaldıra bilər".

Müraciətdə vurğulanır ki, dünya azərbaycanlıların bir vəzifəsi də xalqımızın milli dəyərlərini və adət-ənənələrinin qorunmasıdır və bu, dünya azərbaycanlılarının birliyindən asılıdır. Müraciətdə milli mənəvi dəyərlərin qorunmasına çağırış edilib.

Daha sonra Milli Məclisin spikeri Oqtay Əsədov deputatlar adından Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib və uğurlar arzulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2475467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR