“BakuBus” MMC yeni formatda veb-saytını istifadəyə verib

“BakuBus” MMC yeni formatda veb-saytını istifadəyə verib
15:28 29 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Elvin Camalov, AZƏRTAC
Dekabrın 29-da “BakuBus” MMC-nin yeni veb-saytının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yeni formatda təqdim olunan veb-sayt artıq vətəndaşların istifadəsinə verilib. Saytın ən diqqət çəkən məqamı veb-sayta giriş edərkən ilkin olaraq Bakının xəritəsi və hərəkət edən avtobusların qrafikinin göstərilməsidir. Sərnişin avtobusun marşrut xətti, pik saatlarda hər hansı bir məqamla bağlı sualını “BakuBus”un veb-saytına daxil olaraq marşrut nömrəsini qeyd etməklə cavab tapa bilər.
Bundan əlavə sərnişin hansısa səbəbdən istifadə etdiyi avtobus haqda məlumat almaq, sürücünün kimliyini, avtobusun nömrəsini və hal-hazırda hansı istiqamətdə olduğunu bilmək istərsə “BakuBus”a məxsus veb-sayta daxil olub xəritədə həmin məlumatı çox asanlıqla əldə edə bilər.
Həmçinin, yeni marşrut xətti açıldıqda da “BakuBus” sərnişinləri bu sayt vasitəsilə avtobusların dayanacaqlarını öyrənə bilərlər.
Veb-saytda “BakuBus” MMC barəsində xəbərlər, paytaxtımızın gəzməli və görməli yerləri haqda məlumatlar, “BakıKart”, ekspress xətləri və “BakuBus” avtobuslarına “virtual tur” bölmələri mövcuddur.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BakuBus_MMC_yeni_formatda_veb_saytini_istifadeye_verib-915296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR