FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi

FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
15:34 29 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi  dəm qazı ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, müraciətdə qeyd olunur ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

-qaz cihazı saz və standartlara uyğun olmalı;

-cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

-havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

 

Müraciətdə qeyd edilir ki, dəm qazı iysizdir, hiss edilmir. Ondan zəhərlənmənin əlamətləri baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıqdır.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. 

 

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR