İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib

İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib
15:37 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

İraq ordusu İŞİD-in nəzarəti altında olan ərazilərin təxminən yarısını azad edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq hökuməti yanında məlumat mərkəzinin rəhbəri Saad əl Hədisi bildirib.
 
"Əsgərlərimiz 2014-cü ilin yayından etibarən İŞİD-in nəzarəti altında olan ərazilərin 48 faizini azad ediblər. Ramadi şəhərinin azad edilməsi İraq ərazilərinin azad olunmasını sürətləndirəcək strateji qələbədir", - deyə o vurğulayıb.
 
Xatırladaq ki, dünən İraqın baş naziri Heydər əl Abadi 2016-cı ilin İŞİD üzərində böyük qələbə ili olacağını bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR