Yolların kənarında piyada səkiləri tikilir (FOTO+VİDEO)

Yolların kənarında piyada səkiləri tikilir (FOTO+VİDEO)
15:38 29 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avtomobil yollarının kənarında piyada səkiləri tikilir.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti yolların hərəkət hissəsini yüksək keyfiyyətlə təmir edərək nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə yanaşı, avtomobil yollarında piyadaların da rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atır. ASC-dən Trend-ə verilən məlumata görə, növbəti bu cür addım Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Hökməli dairə”sindən Müşviqabad qəsəbəsinə qədər olan hissəsində atılır.

Piyada səkilərinin tikintisi sözügedən ərazinin yaşayış məntəqələrindən keçən hissəsində aparılır. Yol boyu hər iki istiqamət üzrə salınan səkilərin eni 1,5 metrdir. Səkilərin kənarlarına səki daşları düzülür, üstü isə asfaltlanır.

Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa, mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3 metrdir.

Bakıdan Şamaxı istiqamətində, “Hökməli dairəsi”nə çatmamış yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri aparılır. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənəcək. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə biləcəklər.

Təmir-tikinti işləri “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR