Hökməli dairəsi-Müşviqabad qəsəbəsi yolu boyunca piyada səkiləri tikilir

15:42 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa, mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədi ilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3 metrdir.
"Bakıdan Şamaxı istiqamətində, Hökməli dairəsinə çatmamış yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri aparılır. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənəcək. Nəticədə, nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə biləcəklər", - deyə şirkətdən bildirilib.










Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/hokmeli-dairesinden-musviqabad-qesebesine-qeder-olan-hissesinde-piyada-sekileri-tikilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR