İtkin düşmüş neftçilərin ailə üzvləri ilə birlikdə aparılan axtarış işləri (VİDEO)

İtkin düşmüş neftçilərin ailə üzvləri ilə birlikdə aparılan axtarış işləri (VİDEO)
15:43 29 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalarla əlaqədar itkin düşənlərin ailə üzvləri müraciət edərək axtarış əməliyyatında iştirak etmək istədiklərini bildiriblər. Müraciət Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib.

Bununla əlaqədar olaraq, həmin insanlar dekabrın 29-da FHN-in 2 helikopteri və “Azərbaycan Hava Yolları” QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak ediblər.

Trend FHN-in saytına istinadən həmin axtarış işlərinin əks olunduğu videonu təqdim edir:

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR