Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda itlər kişini parçaladı

Azərbaycanda itlər kişini parçaladı

Date: 29 December 2015 15:46

Ağstafada su kanalından vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb.

Ağstafa Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, tapılan şəxs Ağstafa şəhər sakini Adil Osmanovdur. Bildirilir ki, şəhərin Vaqif küçəsi ev 3 ünvanınnda yaşayan 1959-cu il təvəllüdlü Adil Abdulqadir oğlu Osmanovun həyat yoldaşı dekabrın 23-də polis idarəsinə müraciət edərək ərinin itkin düşməsi barədə müraciət edib. Aparılan araşdırmalar nəticəsində şəhərin 33-cü döngə adlanan ərazisindən keçən su kanalında A. Osmanovun meyiti aşkarlanıb.

Tapılan 56 yaşlı şəxsin cəsədinin itlər tərəfindən parçalandığı müəyyən edilib. Ancaq hələlik həmin şəxsin öldükdən sonra heyvanlar tərəfindən parçalandığı, yaxud parçalandıqdan sonra suya düşdüyü müəyyən edilməyib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Tags:  Azərbaycanda itlər kişini parçaladı

RƏYLƏR


Top news