Bakı, 29 dekabr, Elvin Camalov, AZƏRTAC
“BakuBus” MMC-nin sərnişin avtobusları bayram günlərində gecə saat 02:00-dək vətəndaşlara xidmət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MCC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə əgər həmin günləri dayanacaqlarda sərnişin sıxlığı çox olarsa iş vaxtı gecə saat 03:00-dək uzadıla bilər.