Bəzi dövlət qurumlarında Əmək Məcəlləsinə ciddi əməl edilmir

Bəzi dövlət qurumlarında Əmək Məcəlləsinə ciddi əməl edilmir
15:57 29 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi müzakirə edilib. İclasda çıxış edən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında bəzi dövlət qurumlarında Əmək Məcəlləsinə ciddi əməl edilmədiyini deyib:

"Bu yaxınlarda bir neçə böyük dövlət qurumunda, o cümlədən "Azəriqaz" Açıq Səhmdar Cəmiyyətində müəyyən ixtisarlar aparılıb. Təbii ki, biz bunu başa düşürük, müəyyən optimallaşma var. Amma bunun adını qoyub belə deyirlər ki, guya attestasiya keçirilir, iş həcmi azalır, insanların müəyyən problemləri olur və bu baxımdan optimallaşdıraraq yeni iş yerləri açılmır, əksinə, olan iş yerləri də bağlanır. Təbii ki, müəyyən iqtisadi qanunlar var və proses buna uyğun keçirilir. Məsələ nədən ibarətdir? Səbail rayonunda çilingər vəzifəsində işləyən şəxs həmin cəmiyyətin üzvi olaraq attestasiyadan keçirilir və deyilir ki, neçə il bundan öncə işləmisiniz və artıq bu işə uyğun deyilsiniz. Axı çilingərin təkmilləşdirməyə bu qədər ehtiyacı yoxdur".

Deputat təklif edib ki, müvafiq dövlət qurumlarının Əmək Məcəlləsinə əməl edilməsinə ciddi nəzarət olunmasını təklif edib:

"Belə bir zamanda əksinə, orta təbəqəyə daha çox dəstək olmalıyıq. Çalışdım ki, məsələni bura çıxarmayaraq diplomatik vasitəsilərlə həllinə nail olum. Nəyə görə çilingər vəzifəsində çalışan, çox da yüksək maaş almayan bir şəxs attestasiya olunaraq, işdən çıxarılmalıdır? Bir çox dövlət qurumlarıda belə problemlər baş verir. Ona görə Əli müəllimə də bu məsələ ilə bağlı müraciət edəcəyəm ki, Əmək Məcəlləsinə əməl edilməsinə çox ciddi nəzarət edilsin. İndiki məqamda belə insanlara biz daha diqqətlə yanaşmalıyıq. Bizim dövlət qurumlarının nümayəndələri, xüsusilə çox fəhləsi olan qurumlar, bu məsələlərdə diqqətli olmalıdırlar. Biz bu gün hamımız çalışmalıyıq ki, fəhlə sinfi iqtisadi böhran keçirməsin".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR