Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​ÜST: Qvineyada Ebola yolxucu xəstəliyi yoxdur

​ÜST: Qvineyada Ebola yolxucu xəstəliyi yoxdur

Date: 29 December 2015 15:57

Bakı. 29 dekabr. REPORT.AZ/ "Qveniyada Ebola yolxucu xəstəliyi yoxdur".
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, Afrikanın qərbində yerləşən bu ölkədə Ebola xəstəliyindən 2,5 min nəfər, qonşu Serra-Liona və Liberiya ölkələrində isə 9 min insan həyatını itirib.
Cari ilin sentyabrında Liberiya, noyabrında isə Serra -Lionada bu xəstəliyin artıq olmadığı bildirilir.
"Sərhədsiz həkimlər" Təşkilatı isə qveniyalı həmkarlarını bu yoluxucu xəstələyini tam məhv edildiyinə əmin olmayanadək sayıqlığı qorumağa çağırıblar.
Bir müddət öncə BMT Qvineyda altı mindən çox uşaq ata-anasını, yaxud hər ikisini itirdiyi haqda məlumat yayıb. Bu yolxucu xəstəlikdən yüzə yaxın tibb işçisi də həyatını itirib. 

Tags:  ÜST Qvineyada Ebola yolxucu xəstəliyi yoxdur

RƏYLƏR


Top news