Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail şokda: sabiq baş nazirə 1,5 il

İsrail şokda: sabiq baş nazirə 1,5 il

Date: 29 December 2015 15:57

İsrailin sabiq baş naziri Ehud Olmertin məhkəmə prosesi başa çatıb. O, ilyarım müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az Haaretz-ə istinadən bildirir ki, "Holyland" işi ilə bağlı prosesdə sabiq baş nazirə qarşı irəli sürülmüş ən ağır ittiham sübutsuz sayılıb. Bu ittiham onun 500 min şekel rüşvət alması ilə bağlı idi.
Amma məhkəmə onu 60 min şekel rüşvət almaqda suçlayıb.
İsrail baş nazirin 6 il həbs alacağını gözləyirdi.
Ehud Olmert gələn ilin fevralın 15-də həbsxanaya salınacaq.
Jerusalem Post bildirir ki, Olmert İsrail tarixində həbs olunacaq ilk sabiq baş nazirdir.
Ehud Olmertə qarşı 2008-ci ildə cinayət işi qaldırılmışdı. O, 1994-2003-cü illərdə, Qüdsün meri olduğu zamanlar "Holyland" inşaat layihəsi ilə bağlı rüşvətlər almaqda suçlanırdı.
 

Milli.Az


Tags:  İsrail şokda sabiq baş nazirə il


RƏYLƏR


Top news