Mişel Platini: "Futboldan 8 il müddətinə kənarlaşdırılmağım əsl maxinasiyadır"

Mişel Platini: "Futboldan 8 il müddətinə kənarlaşdırılmağım əsl maxinasiyadır"
16:02 29 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılmasına dair FİFA Etika Komitəsinin qərarını şərh edib. "Report"un məlumatına görə, fransalı funksioner qərarı əsl maxinasiya adlandırıb.
"Etika Komitəsini müstəqil adlandırırlar. Bəs komitə üzvlərinin səfər və iş xərclərini kim ödəyir? Bunu FİFA edir" deyən M.Platini güman edilən korrupsiya faktı ilə əlaqədar vergi ödəyən ilk şəxs olduğunu söyləyib. Onun sözlərinə görə, 2022-ci il dünya çempionatına ev sahibi seçimində Fransanın sabiq prezidentindən Qətərə səs verməsi heç vaxt xahiş olunmayıb: "Sadəcə, nahar zamanı Qətər nümayəndələri ilə görüşmüşəm. İstənilən halda, mən bu seçimi etdim. 2 təklif verdim: oyunlar dekabrda və ya təkcə Qətərdə deyil, digər körfəz ölkələrində keçirilsin".
Qeyd edək ki, Mişel Platinidən əlavə, FİFA prezidenti Yozef Blatter də 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/misel-platini-futboldan-8-il-muddetine-kenarlasdirilmagim-esl-maxinasiya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR