Bərdədə qəza: 1 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb

Bərdədə qəza: 1 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb
16:05 29 Dekabr 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Yevlax-Ağcabədi yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində Bərdə rayon Qaravəlli kənd sakini Samir Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil Ağcabədi rayon Kəhrizli kənd sakini Hüseyn Cəfərovun idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 1981-i il təvəllüdlü Samir Bayramov, sərnişinlər - 1982-ci il təvəllüdlü Rauf Quliyev, 1984-cü il təvəllüdlü Sevinc Quliyeva və 2002-ci il təvəllüdlü Uğurbəyli Cəfərov ağır bədən xəsarətləri alaraq, Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S. Bayramovun həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan digər şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
 
Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılan digər sürücü H. Cəfərovun da  vəziyyəti orta-ağırdır. 
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR