"Mançester Siti" Vardi iddialarını yalanladı

Daha öncə İngiltərə idman mətbuatında "Lester"in hücumçusu Ceymi Vardinin qış "transfer pəncərəsi"ndə "Mançester Siti"yə keçəcəyi barədə xəbərlər yayılmışdı.

Metbuat.az "The Guardian"a istinadən məlumat verir ki, "şəhərlilər"in rəhbərliyi iddiaları yalanlayıb. "Çelsi" ilə də adı hallanan forvardın mümkün transferi 30 milyon funt dəyərində qiymətləndirilirdi.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 18 matçda meydana çıxan Ceymi Vardi 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR