“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarına fəxri adlar təqdim olunub

16:13 29 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 29-da “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 50 illik yubileyi münasibətilə Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunmuş əməkdaşlara fəxri adlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə fəxri adlara layiq görülən əməkdaşları təbrik edib.
Sonra mərkəzin bir qrup əməkdaşına “Əməkdar jurnalist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adları təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Ensiklopediyasi_Elmi_Merkezinin_emekdaslarina_fexri_adlar_teqdim_olunub-915322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR