Azərbaycan Dövlət İqtisad Universitetinin daxili futbol çempionatı başa çatıb

Azərbaycan Dövlət İqtisad Universitetinin daxili futbol çempionatı başa çatıb
16:13 29 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
“Neftçi” futbol klubunun təşkilati dəstəyi ilə keçirilmiş Azərbaycan Dövlət İqtisad Universitetinin daxili futbol çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin qalibi “Come back” komandası olub. İkinci yeri “Assasins”, üçüncü pilləni isə “Casablanca” tutub. Ən sərrast futbolçu adını Elşad Hüseynov qazanıb. Ali təhsil ocağında keçirilmiş mükafatlandırma mərasimində qaliblər kubok və medallarla yanaşı “NeftçiVİP” üzvlük kartları ilə təltif ediliblər.
Mükafatları “Neftçi”nin idman direktoru Vəli Qasımov, universitetin daxilində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının sədri Yusif Məmmədzadə və klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev təqdim ediblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Iqtisad_Universitetinin_daxili_futbol_chempionati_basa_chatib-915321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR