Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı metropoliteni iş qrafikini dəyişəcək

Bakı metropoliteni iş qrafikini dəyişəcək

Date: 29 December 2015 16:22

Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bakı metropoliteni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə iş qrafikində dəyişikliklər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi deyib.

Nəsimi Paşayevin sözlərinə görə, Bakı metrosu 31-i gecə saat 00:00 deyil, 01:00-dək işləyəcək. 

"Bayram axşamı metro əvvəlki qrafikindən daha artıq işləyəcək. İnsanlar bayramdan sonra evlərinə rahat qayıtsınlar deyə metro bir saat artıq işləyəcək. 

Qeyd olunan vaxt, ola bilsin ki, daha çox artırılsın. Bu isə insanların sayından asılı olacaq", - Nəsimi Paşayev bildirib. 

Ceyhun Ələkbərov

Milli.Az


Tags:  Bakı metropoliteni qrafikini dəyişəcək


RƏYLƏR


Top news