Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvili Türkiyəyə səfər edib

Saakaşvili Türkiyəyə səfər edib

Date: 29 December 2015 16:22

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Türkiyəyə səfər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə M. Saakaşvili özünün "Facebook" səhifəsində məlumat verib. O, İstanbul bələdiyyə başqanı Kadir Topbaşın dəvəti ilə İstanbulda olduğunu söyləyib:
 
"Mer Kadir Topbaş şəhərdə həyata keçiriləcək layihələrlə bizi tanış etdi. Biz Odessadakı İstanbul parkının yenidən qurulmasını da müzakirə etdik. İstanbul meriyası parkı çox gözəl və rahat bir yerə çevirmək üçün bütün xərcləri öz üzərinə götürür. Biz razılaşdıq ki, parkın açılışına türk iş adamlarından ibarət böyük nümayəndə heyəti gələcək və Odessa vilayətindəki investisiya layihələri müzakirə olunacaq. Gələn il yanvarın sonunda isə biz Odessanın investisiya imkanlarına dair İstanbulda təqdimat keçirəcəyik".

Milli.Az


Tags:  Saakaşvili Türkiyəyə səfər edib


RƏYLƏR


Top news