Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Pakistanda dörd cinayətkar edam olunub

Pakistanda dörd cinayətkar edam olunub

Date: 29 December 2015 16:23


İslamabad, 29 dekabr, AZƏRTAC
Pakistanın hərbi məhkəməsinin qərarı ilə Xayber-Paxtunxva əyalətinin Koxat şəhər həbsxanasında terrorizm və qətl hadisələrində ittiham edilən dörd cinayətkar edam olunub.
Bundan əvvəl dekabrın əvvəllərində bu maddələrlə ittiham olunan daha dörd cinayətkar edam edilmişdi.
Xatırladırıq ki, ötən ilin dekabr ayında Pakistanın Peşavar şəhərində terrorçuların hərbi məktəbə hücumu nəticəsində 150 nəfər qətlə yetirilmişdi ki, bunun da 132-si şagird olub.
Bu qanlı hadisədən sonra Pakistanın Baş naziri Nəvaz Şərif ölkədə ölüm hökmünə tətbiq edilən qadağanın ləğv olunması haqqında qərar verib, terrorçulara qarşı əməliyyatlara başlanıb.
O vaxtdan terrorçuların tutulması və zərərsizləşdirilməsi istiqamətində 16 min xüsusi əməliyyat həyata keçirilib, 12 mindən artıq cinayətkar tutulub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Tags:  Pakistanda dörd cinayətkar edam olunub


RƏYLƏR


Top news